Süveyş kanalında şimaldan cənuba doğru hərəkət dayandırılıb

212

Cümə axşamı günü bir tankerin saya oturması səbəbiylə Süveyş kanalında şimaldan cənuba doğru hərəkət dayandırılıb.

“Seanews.az-ın məlumatına görə, Port Səiddən gələn gəmilərin hərəkəti zamanı, Panama bayrağı altında üzən bir tanker yolun 54-cü kilometrində saya oturub. Hazırda tankerin saydan çıxarılması və naviqasiyanın bərpası üçün işlər görülür. Kanalın şimal hissəsində gəmilərin hərəkəti  hələ də bərpa olunmayıb. Dörd gəmi keçidi gözləyir.

Saya oturan maye yük daşıyan gəminin uzunluğu 225 metr, eni 32 metrdir.