Süveyş kanalında yaranan problem aradan qaldırılıb

265

Sentyabrın 9-da Panama bayrağı altında üzən “Crystal Corall” yük gəmisinin saya oturması nəticəsində bir neçə saat ərzində gəmilərin Port Səid limanından Süveyş kanalına daxil olması əngəllənib. Yaxınlıqdakı yedək gəmilərin köməyi ilə qısa müddətdə problem aradan qaldırılıb və 225 metr uzunluğunda olan “Crystal Corall” Sudan limanına doğru hərəkət edib.

AZƏRTAC xəbər verir ki, bu insident 2021-ci il martın 23-də “Ever Given” yük gəmisinin Süveyş kanalını bağlamasından sonra baş verən ikinci bu cür hadisədir. Həmin vaxt gəmilərin naviqasiyasının bir həftəliyinə dayanması beynəlxalq şirkətlərə milyardlarla dollar həcmində ziyan vurmuşdu. Misirin aidiyyəti qurumları bəyan ediblər ki, kanalın genişləndirilməsi istiqamətində bir neçə milyard dollar vəsait ayrılacaq və problemlər tamamilə aradan qaldırılacaq.