Xəzər dənizində gəmi saya oturub

225

Xəzər dənizinin şimalında, Həştərxan vilayəti sahillərində içərisində 49 nəfərin olduğu teploxod saya oturub.

Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti idarəsi bildirib.

Hadisə Volqa-Xəzər kanalının 120-ci kilometrində qeydə alınıb. Gəminin saya oturması nəticəsində xəsarət alanların olmadığı deyilir. Gəmidə yalnız heyət üzvləri olub.

Hadisə nəticəsində bölgədə gəmilərin hərəkəti dayandırılmayıb.