“SFA Federasiyası Kuboku 2021” turniri başa çatıb

221

3 gün davam edən turnirdə Azərbaycan Yelkənli İdman Federasiyasının, “Dənizçi”, “Xəzər”, “Windsurfing Baku” klublarının 9-42 yaş arası yelkənçiləri və külək sörfçiləri iştirak edib.

“Optimist” sinifi üzrə 9-15, “Ilca-4” sinifi üzrə 15-18, “Ilca-7” və “Open Windsurf” sinifləri üzrə isə 18 yaşdan yuxarı idmançılar qalibiyyət uğrunda mübarizə aparıblar. 35 idmançının iştirak etdiyi yarışa Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgianni başçılıq edib. Yarışın son günü qaliblərin 4 qrup üzrə mükafatlandırılması mərasimi keçirilib. Turnirin bütün iştirakçılarına isə sertifikatlar təqdim olunub. Yarışda “Xəzər” Yelkənli Qayıqlar İdman klubunun təlimatçı-metodisti Mixail Protasov “Lazer” sinfi üzrə 1-ci yeri qazanıb. Qeyd edək ki, Azərbaycanda “SFA Federasiyası Kuboku 2021” yarışı artıq 5 ildir təşkil edilir.

seanews.az