Belçika bayrağı altında üzən tanker güclü fırtınaya düşüb, ölənlər var

255

Belçika bayrağı altında üzən “ARAFURA” tankeri Braziliyadan Lonq-Biçə gedərkən güclü fırtınaya düşüb və faciə baş verib.

“Seanews.az”-ın məlumatına görə, kapitanın baş köməkçisi və bosman gəmidə bölmələri yoxlayan zaman nəhəng dalğaların altında möhkəm əziliblər. Nəticədə hər iki dənizçi həyatını itirib.  

“Northern Marine Management” kompaniyası yüklə dolu gəmidə pis hava şəraitindən baş verən hadisə nəticəsində gəmidə iki dənizçinin həlak olması faktını təsdiqləyib. Dünyasını dəyişənlər Hindistan vətəndaşlarıdır.

Hadisənin tam araşdırılacağı bildirilir.