Yeni konteynerdaşıyan gəmilər mayeləşdirilmiş təbii qazla da işləyəcək

234

“Seanews.az”-ın məlumatına görə, Fransanın “CMA CGM” şirkəti , “Samsung Heavy Industries” ilə  mayeləşdirilmiş təbii qazla da işləyə biləcək   7600 TEU tutumlu 6  konteynerdaşıyan gəminin inşası üçün müqavilə imzalayıb.

Müqavilənin dəyəri 717,6 milyon ABŞ dollarıdır. Bütün gəmilər 2024-cü ilin noyabr ayına qədər təhvil verilməlidir.

“CMA CGM”-nin dünyanın üçüncü ən böyük donanmasının yük tutumu, bu yaxınlarda ilk dəfə olaraq 3 milyon TEU həddini keçib. “Samsung Heavy Industries” ilə  müqavilədən əvvəl, “CMA CGM”-nin donanması ümumi  tutumu 550 min TEU-dan çox olan 49 konteynerdaşıyan gəmidən ibarət idi.