Altı illik tikintidən sonra Yeni Kale Limanının rəsmi açılışı olub

186

Fransanın birləşdirilmiş Bulon-Kale limanında bərələrin, intermodal yüklərin işlənməsi və sərnişinlərin qəbulu üçün inşa edilmiş Yeni Kale Limanının rəsmi açılış mərasimi keçirilib.

“Seanews.az”-ın məlumatına görə, Kale limanının genişləndirilməsi və modernləşdirilməsinə 863 milyon avro sərmayə qoyulub.

Plana görə, rəsmi açılışı olsa da, yeni limanda yük aşırılmasına oktyabr ayında start veriləcək.

Qeyd edək ki, son 20 ildə bu bölgədə ağır yüklərin daşınması iki dəfə, La-Manş ilə daşınan yüklərin həcmi üç dəfə artıb. Limanın infrastrukturu artan yük həcminin öhdəsindən gələ bilmirdi. Terminalların ötürmə qabiliyyətini artırmaqla yanaşı, uzunluğu 220 metrdən çox olan yeni bərələrin qəbulu üçün uzun körpülər tikmək və limanın akvatoriyasında dönmə dairəsini genişləndirmək lazım idi.