Güclü külək körpüyə və gəmiyə külli miqdarda maddi ziyan vurub

261

Yeni Orleanda güclü külək “CMA CGM Bianca” adlı konteyner gəmisini körpüdən ayırıb. Nəticədə gəmiyə və körpüyə külli miqdarda ziyan dəyib. 

“Seanews.az” xəbər verir ki, körpüyə dəyən ziyanın ümumi miqdarı 15 milyon, gəmiyə dəyən ziyan 60 min dollar civarında qiymətləndirilir.

Hadisə zamanı sözügedən gəmiyə yük doldurulurdu. Gözlənilmədən qopan güclü külək gəmini körpüyə bağlayan trosları qırıb və nəticədə gəmi körpüdən ayrılıb.

Bundan əlavə, gəmiyə yüklənən konteynerlərdən biri suya aşıb və onun tərkibindəki yük dənizə dağılıb. Hadisə nəticəsində kran maşinisti yüngül xəsarət alıb.