İspaniya pilotsuz uçuş aparatı ilə gəmilərdən atılan tullantıların monitorinqini aparır

240

İspaniya pilotsuz uçuş aparatı vasitəsi ilə  Cəbəllütariq boğazından tranzit keçən gəmilərdən ətraf mühitə atılan tullantıların monitorinqini aparır.

“Seanews.az”-ın məlumatına görə,  iyulun ortalarından start verilən və Tarifa şəhərindəki bazadan həyata keçirilən layihə oktyabrın sonuna qədər davam edəcək.

“Camcopter S100 İHA” pilotsuz uçuş aparatının havada olma müddəti 6 saat, uçuş məsafəsi  100 km-dir.

Uçuş aparatı CO2 emissiyalarının səviyyəsini qeyd edən xüsusi kameralar və sensorlarla təchiz edilib.

Ölçmələr və qeydlər avtomatik olaraq məlumat mübadiləsi sistemində kodlaşdırılır. Pilotsuz aparatlar hər gün iki uçuş – orta hesabla 10 yoxlama həyata keçirir. İndiyədək yoxladığı 294 gəmidən 27-də icazə verilən həddən artıq karbon qazı tullantıları qeydə alınıb.