“Costa Cruises” şirkəti 2022-2023-cü illər üçün yeni marşrutlarını açıqlayıb

193

Hazırda tikintisi davam etdirilən və mayeləşdirilmiş təbii qazla işləyəcək “Costa Toscana”  kruiz gəmisi 2022-ci ilin mart ayından Aralıq dənizində səfərə çıxacaq.

“Seanews.az”-ın məlumatına görə, “Costa Cruises” şirkəti, 2022-2023-cü illər üçün yeni marşrutlarını açıqlayıb: “2022-ci ilin mayından etibarən “Costa Venezia” kruiz gəmisi, Türkiyə və Yunanıstanı görmək istəyənlər üçün İstanbuldan yola çıxacaq, qışda isə arzu edənlərə Türkiyə, Misir, İsrail və Kipri ​​ziyarət etmək imnkanı yaradacaq. Yeni “Costa Toscana” kruiz gəmisi isə 2022-ci ilin mart ayından Aralıq dənizində istismar ediləcək.”

2022-ci ilin mayından etibarən “Costa Venezia” kruiz gəmisi, İstanbula yan almaqla, Türkiyəyə səyahətlər təklif edəcək.

“Asiyaya səyahətlərin bərpasını gözləyərək, biz “Costa Venezia” kruiz gəmisini Aralıq dənizinə geri qaytarmaq qərarına gəldik ki, əvvəllər görünməmiş, həqiqətən də yalnız “Costa”dan əldə edilə biləcək bir səyahət proqramı təqdim edək. Bu yeni proqramı dəyərli edən, dünyanın ən gözəl şəhərlərindən biri olan İstanbulla birlikdə Türkiyədir. Tədricən fəaliyyətə davametmə planımıza uyğun olaraq, yeni flaqmanımız olan “Costa Toscana”nın istifadəyə verilməsini 2022-ci ilin mart ayına təxirə salmaq qərarına gəldik “,-deyə “Costa Cruises” şirkətinin kommersiya direktoru Roberto Alberti bildirib.