Sinqapur xarici ölkələrin dənizçilərini peyvənd etməyə hazırdır

663

Sinqapur yerli limanlarda gəmilərin göyərtəsinə qalxmaq istəyən xarici dənizçilərə COVID-19-a qarşı peyvənd olunmağı təklif edəcək.

“Seanews.az”-ın məlumatına görə, Sinqapurun limanında gəmiyə minməli olan heyət üzvləri birbaşa peyvəndləmə mərkəzinə aparılacaq və peyvənd edildikdən sonra gəmiyə göndəriləcəklər.

Peyvənd mərkəzi sentyabrın 30-da fəaliyyətə başlayacaq.

Peyvəndləmənin könüllü olduğu bildirilir. Şirkətlər dənizçilərin peyvənd edilməsi üçün pul ödəməlidirlər. Bu halda,  yeddi gün əvvəldən xüsusi bir forma doldurulmalıdır.