Bakı Limanının təşkil etdiyi beynəlxalq təlim uğurla davam edir

215

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, Antverp Beynəlxalq Limanının “APEC Beynəlxalq Təlim Mərkəzi” ilə birgə Bakıda təşkil etdiyi “Strateji planlama, biznesin inkişafı və marketinq” adlı master-klass təlimi uğurla davam edir.

Təlimin ikinci günündə iştirakçılar korporativ idarəetmə, strateji planlama, biznesin inkişafı, təchizat zəncirinin idarə edilməsi, maliyyə cəlbi, marketinq, eləcə də kiçik və orta biznesin inkişafı üzrə Avropada istifadə olunan müasir metodlarla tanış olmaqla yanaşı “Tanışlıq halqası”, “Səmimiyyət zənciri” və s. kimi interaktiv oyunlarda da iştirak edirlər.Qeyd edək ki, 4 gün davam etməsi nəzərdə tutulan master-klass təlimdə yerli özəl və dövlət şirkətlərinin 40-dan çox nümayəndəsi iştirak edir.