Dənizlərdə gözlənilən qasırğa gəmilərin işini çətinləşdirəcək

210

Oktyabrın ilk günlərində Yaponiya, Oxot və Berinq dənizlərində gözlənilən qasırğa zamanı güclü dalğalar gəmilərə ziyan vura bilər.

“Seanews.az”-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Ümumrusiya Mülki Müdafiə və Fövqəladə Hallar Elmi-Tədqiqat İnstitutunun rəhbəri Maksim Bedilo xəbərdarlıq edib.

“Oktyabrın 1-dən 4-dək qasırğanın Yapon, Oxot və Berinq dənizlərinin suları üzərindən keçməsi ilə əlaqədar olaraq dalğaların hündürlüyünün 8 metrə çatacağı proqnozlaşdırılır. Bu, dəniz üzgüçülüyü qaydalarına riayət edilmədikdə qəza və gəmilərin zədələnməsi kimi  fövqəladə hallara və hadisələrə səbəb ola bilər”,-deyib.

Dənizdə qəzaların, digər arzuolunmaz hadisələrin qarşısını almaq üçün hava proqnozu məlumatlarının gəmilərin kapitanlarına vaxtında çatdırılmasını təmin etmək tövsiyə olunub.