Türkiyə Rusiya ilə gəmiqayırma sahəsində əməkdaşlığa başlaya bilər

239

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Moskva arasında gəmiqayırma da daxil olmaqla bir çox sahədə əməkdaşlıq imkanlarını istisna etmir.

“Seanews.az” xəbər verir ki, Türkiyə lideri bu barədə jurnalistlərə bildirib.

“Sualtı gəmilərə çatana qədər gəmiqayırma sahəsində bir çox addımlar ata bilərik. Ümid edirəm ki, burada Rusiya ilə də birgə addımlarımız olacaq. Çalışmağa davam edəcəyik, dayanmaq niyyətində deyilik”,-deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edək ki, liderlərin görüşü sentyabrın 29-da Soçidə baş tutub.