Fransanın 47 gəmisi məhz məlumatları təqdim etmədiyi üçün lisenziya ala bilməyib

262

“Seanews.az” xəbər verir ki, ingilis səlahiyyətliləri İngiltərənin sahil sularında balıq tutmaq üçün Fransanın yalnız 12 balıqçı gəmisinə (uzunluğu 12 m-dək) lisenziya veriblər. Halbuki onlara 47 gəmi müraciət edib.

Fransa hakimiyyəti də buna cavab olaraq Londonu “siyasi oyunlarda” günahlandırıb. Bu, İngiltərə Avropa Birliyindən (AB) çıxandan sonra Fransa ilə Böyük Britaniya arasında  balıqçılıq sahəsində növbəti anlaşılmazlıq idi.

İngilis tərəfi haqlı olduğunu düşünür. Onların sözlərinə görə, lisenziya istəyən gəmilər 2012-2016-cı illər  arasında hər il bu sularda – İngiltərə sahillərindən 6-12 dəniz mili məsafədə balıq tutduqlarına dair sübut təqdim etməlidirlər. İngilis səlahiyyətliləri, müvafiq müddət ərzində balıqçılıq məlumatlarını təqdim edən təxminən 1700 AB gəmisinə ölkənin sahillərindən 12-200 dəniz mili zonasında balıq ovu lisenziyaları verdiklərini qeyd ediblər. Və bu cür məlumatlar alındıqdan sonra daha 105 gəmiyə lisenziya verilib. İngilislər deyirlər ki, Fransanın lisenziyası olmayan 47 balıqçı gəmisindən isə heç biri məlumat təqdim edilməyib. 

Fransa tərəfi bütün bu şərtlərin İngiltərə tərəfindən birtərəfli qaydada irəli sürüldüyünü və yeni ticarət müqaviləsinə uyğun olmadığını israr edir. Fransanın Dəniz naziri Annik Jirarden, İngiltərə hakimiyyətinin qərarını kəskin tənqid edib: “Birgə bütün işlərimizə baxmayaraq, bu, Brexit müqaviləsinə riayət etməmək üçün  ingilislərin növbəti  imtinasıdır. Ancaq fransız balıqçılıqları ingilislər tərəfindən siyasi məqsədlər üçün girov götürülməməlidir”.

Fransanın Avropa işləri naziri Klement Bon isə deyib ki, “Cavab tədbirlərimiz özünü çox gözlətməyəcək.”