Qətər Çindən LNG daşıyan dörd yeni gəmi alacaq

227

Qətərin dövlət neft və qaz şirkəti “Qatar Petroleum”, Çinin “Hudong-Zhonghua Shipbuilding Group Co.” Gəmiqayırma Korporasiyası ilə dörd yeni mayeləşdirilmiş təbii qaz daşıyıcısının (LNG) tikintisi üçün müqavilə bağlayıb.

“Seanews.az” xəbər verir ki, müqavilənin məbləği 2.8 milyard Qətər rialıdır (təxminən 762 milyon dollar). Bu, mayeləşdirilmiş təbii qaz daşıyan gəmilərin Çində inşasına dair Qətərin ilk sifarişidir.

Mütəxəssislərin fikrincə, dünya ölkələri neft və kömürdən istifadəni azaltmağa və ya onlardan imtina etməyə başladıqca Qətərin dünyanın ən böyük istehsalçısı olduğu LNG-yə olan tələbat durmadan artacaq.