Livanın Ali Məhkəməsi Beyrut limanındakı partlayışın səbəblərini araşdıran müstəntiqə qarşı iddianı rədd edib

190

Beyrut dəniz limanında 2020-ci il avqustun 4-də baş verən partlayışı araşdıran livanlı hakim Tarek Bitar vəzifəsinə qayıdacaq.

“Seanews.az” xəbər verir ki,  bunu Tarek  Bitara qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarını rədd edən Livanın Ali Məhkəməsinin rəhbəri Nəsib Eili elan edib.

Hökumətin yaratdığı araşdırma komissiyasına rəhbərlik edən hakimə qarşı iddia, keçmiş daxili işlər naziri Nuxad Maşnuk və 2014-2020-ci illərdə nazir vəzifələrində çalışmış digər üç deputat – Həsən Xəlil, Yusif Fenianos və Qazi Zueiter tərəfindən qaldırılıb. Hamısı məhkəmə toxunulmazlığı hüququndan istifadə ediblərr və buna görə də Bitarın “onları təqsirləndirilən şəxs qismində dindirməyə çağırmaq haqqının olmadığını” iddia ediblər.

Sentyabrın 20-də prokurorluğa gələ bilmədiyi üçün keçmiş Baş nazir Həsən Diabın sorğusu oktyabrın 4-nə təxirə salınmışdı. Ancaq keçmiş Baş nazirin köməkçisi Leyla Xatum, Diabın tibb fakültələrində təhsil alan oğlanlarını ziyarət etmək üçün ABŞ-a getdiyini söyləmişdi. Onun sözlərinə görə, “bu səfər əvvəlcədən planlaşdırılmışdı, çünki keçmiş baş nazir iki ildən artıqdır ki, oğullarını görmürdü”.

Beyrut dəniz limanında 2020-ci il avqustun 4-də baş verən partlayışı araşdıran livanlı hakim Tarek Bitar vəzifəsinə qayıdacaq.

Bunu Tarek  Bitara qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarını rədd edən Livanın Ali Məhkəməsinin rəhbəri Nəsib Eili elan edib.