Donanmada zərif cinsin nümayəndələrinin sayı artır

261

Dünyada 1.89 milyon dənizçi var. Bəs dalğalar qoynunda zərif cinsin nümayəndələrinin sayı nə qədərdir?

“Seanews.az”-ın əldə etdiyi məlumata görə, dünya donanmasında 24059 qadın çalışır. Onların 7289 nəfəri komandir heyətinin,  qalanları əsasən bərə və kruiz sektorunda çalışan sıravi heyət üzvləridir.

Dalğalar qoynu zərif cinsin nümayəndələrinə getdikcə daha cəlbedici görünür, donanmada işləmək istəyən qadınların sayı artır. Təkcə son beş ildə, təxminən iki dəfə çox qadın “Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”ya müvafiq sertifikat alıb.