“Ağıllı” konteyner terminalı fəaliyyətə başlayıb

286

Çinin Tyanszin limanında “ağıllı” konteyner terminalı fəaliyyətə başlayıb.

“Seanews.az” Limana istinadən xəbər verir ki, bu, dünyanın ilk “ağıllı” karbonsuz terminalıdır.

21 aya tikilən terminal “ağıllı beyin” ilə təchiz edilmişdir. Süni intellekt texnologiyasına əsaslanaraq, “beyin” avtomatik olaraq optimal yükləmə və boşaltma planları hazırlaya və bütün avadanlıqları izləyə bilər. Bu, adi terminallarla müqayisədə işin səmərəliliyini 20%-ə qədər artırmağa imkan verir.

Yalnız külək enerjisi və fotoenerjidən  istifadə edən karbonsuz “ağıllı” terminalda ildə 2,5 milyon TEU işləmək mümkün olacaq.