Dələduzlar dənizçiləri aldatmaq üçün nəhəng şirkətin adından istifadə edirlər

207

Dələduzlar indi də dənizçiləri aldatmaq üçün nəhəng şirkətin adından istifadə edirlər. Belə ki, “Ödənişli” iş təklifləri Amerikanın “Exxon Mobil” şirkətinin adından gəlir.

“Seanews.az”-ın məlumatına görə, fırıldaqçılar “Exxon Mobil”-in fəaliyyəti haqqında hərtərəfli məlumat əldə etmək üçün möhtəşəm bir www.exxonmobil-tech.com veb saytı da yaradıblar. Hətta quruda çalışan işçilər və dənizçilər üçün layihələr, innovasiyalar və karyera perspektivləri açıqlanır.

İş axtaran dənizçilərdən 500 avro tələb olunur. “Bəxtəvərlik məktubu” [email protected] ünvanından göndərilir və lazım gələrsə + 35796965260 nömrəli telefonla hansısa Eleni Nikolas təlimat verir.

Dənizçiləri dələduzların toruna düşməmək üçün diqqətli olmağa çağırırıq. Bildiririk ki,  adından gəlsə də, bu iş təkliflərinin dünyanın ən böyük neft şirkətlərindən biri ilə heç bir əlaqəsi yoxdur.