Şanxayda Çinin öz layihəsi üzrə inşa edilən ilk böyük kruiz gəmisinin konstruksiya işləri başa çatıb.
“Seanews.az”-ın məlumatına görə, “Shanghai Waigaoqiao Shipbuilding Co. Ltd. ” şirkətinin baş meneceri Çen Qan bildirib ki, bu, 2023-cü ildə istismara verilməsi planlaşdırılan kruiz gəmisinin inşası işlərinin təxminən 45 faizinin başa çatdırılması deməkdir.
“Vista” sinifli kruiz gəmisinin interyeri, gəminin mexaniki və elektrik komponentlərinin tamamlanması, sistemlərin əvvəlcədən qurulması və sınaqdan keçirilməsi işləri davam etdiriləcək.
Gəmiqayırma prosesində lazer kəsmə və 5G əsasında yığma xəttinin idarə edilməsi kimi yeni avadanlıq və texnologiyalardan istifadə edilir.
Uzunluğu 323,6 metr, eni 37,2 metr olan kruiz gəmisi göyərtəsinə 5 mindən çox sərnişini qəbul edə biləcək.