Bu şirkətlər işçi yığır: əmək haqqı 400 – 5000 manat – 21 VAKANSİYA

2636

VAKANSİYA 1

Azprotein Foods Group

Vəzifə: Ekspeditor (Dönər satışı)

Əmək haqqı: 400 Azn + əlavə olaraq satışdan bonus. mobil telefon xərcləri şirkət tərəfindən ödəniləcək.

İş barədə məlumat:

– Potensial müştərilərlə əlaqələr quraraq, şirkətin göstərdiyi xidmətlər və məhsullar haqqında təqdimatlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
– Soyuq zənglər, görüşlər həyata keçirməklə satışın təşkili
– Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək
– Müştəri üçün koordinator rolunu icra etmək, ortaya çıxan problemləri həll etmək
– Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək;
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– 1 ay sınaq müddəti (işçinin bacarığından asılı olaraq sınaq müddəti qısala bilər)
– İş qrafiki: 1-6 gün 08:00-dan 18:00-dək.

Namizədə tələblər:

– Yaş: 23-35
– B və C kateqoriya sürücülük vəsiqəsinin olması mütləqdir
– Dil bacarıqları: Azərbaycan dili, Rus dili və İngilis dili arzuolunandır
– MS Office proqramlarını bilmək .
– Ət və Yarımfabrikat məhsullarını satışından anlayışı olan namizədlərə üstünlük verilir.
– Müştəri yönümlü düşüncə tərzi
– Özünə inam və əminlik
– Ünsiyyət qabiliyyəti (şifahi və yazılı); email vasitəsilə ünsiyyət bacarığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Ekspeditor” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

VAKANSİYA 2

Baku Agropark

PROCUREMENT SPECIALIST

Location: Zira district, Baku

Main responsibilities:

• Accepts and executes procurement requests as per company’s procedures
• Raising orders for required goods or services in “1C” program
• Market analysis, research of required materials in local and foreign markets
• Provides company with required fertilizers, pesticides, materials, raw materials and equipment
• Checks the quality of the purchased products
• Considers potential quality problems together with the requestor and takes necessary measures to correct defects
• Maintains the submission of quality certificates for relevant goods
• Conducts business correspondence and negotiations with suppliers
• Maintains price research, RFQ and tenders in accordance with the company’s procedures
• Develops and implements programs to reduce the cost of purchasing goods and services
• Investigates potential suppliers to determine, if they meet the specified requirements – Implements Suppliers Pre-Qualification Procedure
• Actively participates in the creation of the supplier base
• Prepares contractor / supplier performance reports to the Head of Procurement as required
• Prepares and controls of contracts, control over the definition of commercial terms in the contract
• Carries out customs clearance of imported goods when required
• Prepares the necessary documents for customs clearance of imported goods
• Performs other tasks assigned by the immediate supervisor / Head of Procurement.

Main requirements:

– Higher economic education or similar
– Experience in Agro Procurement
– CIPS Certificate or other higher grades are desirable
– Minimum 2 years of relevant work experience
– Experience and knowledge in agriculture procurement is desirable
– Good theoretical and practical knowledge of procurement operations (contract management, biding and tendering, logistics (international, custom clearance))
– Good communication and negotiation skills
– Fluency in Azerbaijani, fluence in English or/and Russian languages is a plus
– Proficient user of MS Office and 1C programs

* Salary is 1000 -1200 AZN

For application please send your resume to [email protected] with subject line “Procurement Specialist

VAKANSİYA 3

Royal Development

Vakansiya: Satış üzrə mütəxəssis

Namizədə tələblər:

• Ali təhsil;
• Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
• Satış bacarıqlarına malik olmaq;
• Ünsiyyət qabiliyyətinin olması;
• İngilis və rus dillərində səlis bilmək, türk dilində anlamaq;
• İnşaat və tikinti sahəsində hər hansı administrativ və ya satış təcrübəsinin olması arzuolunandır.

Vəzifə öhdəlikləri:

– Müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
– Müştərilərdən sifarişlərin qəbul olunması və növbəti addımların izlənilməsi;
– İstəyə uyğun olaraq verilən təklif əsasında satışın həyata keçirilməsi.

İş qrafiki: 09:00 – 18:00 (5 günlük iş qrafiki)
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 Noyabr, 2021-ci il tarixinədək [email protected] elektron ünvanına, mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.

VAKANSİYA 4

Problemli Kreditlər Departamentinin Rəhbəri

İş haqqında məlumat:

– İş yeri: “İrşad Electronics” MMC-nin Baş ofisi
– İş qrafiki: Həftədə 6 gün iş, 1 gün istirahət
– İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə aparılır
– Əməkhaqqı: 5000 AZN + bonus
– İş saatları: 09:00 – 18:00

Tələblər:

– Yaş: 30-45 arası
– Cinsi: Kişi
– Azərbaycan dili səlist, rus və ingilis dilini bilməsi arzu olunandır
– Bank və ya bank olmayan kredit təşkilatında,kollektor şirkətlərində rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi
– Ünsiyyətcil, təşəbbüskar
– Komandada işləmək bacarığı
– Analitik zəka,məntiq, müştərilərlə işləmək qabiliyyəti
– Mükəmməl kommunikasiya qabiliyyəti
– İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

Vəzifə öhdəlikləri:

– Şirkətin ümumi problemli kredit portfelinə nəzarət etmək
– Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi
– Gecikmədə olan problemli müştərilərlə bilavasitə ünsiyyətin yaradılması, iş aparılması, kompleks tədbirlərin həyata keçirilməsi
– Problemli portfelin analitikası və problemli keyslərin təhlili
– Problemli potrfelin təhlilini təşkil edib,gələcək tarixlər üçün proqnozlar vermək
– Borcların yığılması,problemlərin həll edilməsinin effektiv yollarının tapılması və təmin edilməsi, cari sistem, prosedur və siyasətlərlə bağlı təkmilləşdirmə barədə təkliflər verilməsi

E-mail: [email protected]

VAKANSİYA 5

BME SH

Vəzifə Adı: Satış nümayəndəsi (TS)

Vəzifə Öhdəliyi:

Bazar potensialının qısa və orta müddətli nəzərdən keçirilməsi,Hilti Satış Strategiyasının nəzərə alınması,bütün şirkət siyasətlərinə və prosedurlarına riayət edilməsi.

Məsuliyyət sahəsi:

• Mövcud və yeni müştərilərlə effektiv əlaqələrin yaradılması, əlaqələrin davamlı inkişafı , müştəri ehtiyaclarının həlli.
• Məhsulların satışı,yeni məhsulların tikinti sahələrində, ofislərdə və istehsal müəssisələrində tətbiqi, müştərilərə məhsullar və onların istifadəsi barəsində məlumatların verilməsi
• Satış direktorunun dəstəyi ilə şirkətin strategiyası və prioritetlərinə uyğun olaraq aylıq, rüblük və illik satışların həyata keçirilməsi.
• Şirkətin strategiyasına sadiq qalmaq,hər il verilən biznes və inkişaf məqsədləri çərçivəsində bacarıq və qabiliyyətlərinin artırılması.
• Gündəlik hesabatları, müştəri haqqında məlumatları, həftəlik (aylıq) plan və tələb olunan hesabatların rəhbərliyə təqdim edilməsi
• Satışdan sonra, alacaqların toplanılmasını , göstərilən müddətlə təqib edilməsi.

Profil:

• Mühəndislik sahəsində təhsil almış
• Yüksək ünsiyyət bacarığı, satışda müvəffəqiyyət və hədəf yönümlü inkişaf
• Nəticəyə istiqamətlənmiş, dinamik, energetik , ünsiyyət qurmaq və özünü ifadə etmək bacarığı
• Problemlərin həllində və qərarların qəbul edilməsində strateji və yaradıcı yanaşmaların olması
• İngilis və Rus dili biliyi, MS Office proqramlarında işləmək bacarığı
• Sürücülük vəsiqəsi

Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail ünvanina Satış Nümayəndəsi başlığıyla göndərin.

VAKANSİYA 6

Lilac

Vakansiya : Baş mühasib

Tələblər:

• Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;
• Təcrübə: Maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq iş stajı;
• Kompyuter biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı;
• Elektron Maliyyə programları bilik və işlətmə bacarıqı;
• İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
• Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
• Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti;
• Xero Proqramında işləmək bacarığı
• Dil biliyi: Azərbaycan, Rus, İngilis.

Vəzifə öhdəlikləri:

• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi və ona nəzarət;
• Maliyyə şöbəsinə həmçinin kassirlərə nəzarət
• Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təşkili;
• Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərinin, xərclər smetasının hazırlanması, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsinə nəzarət;
• Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
• Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi hallarının baş verməməsinə nəzarət ;
• Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi (rəhbərliyin təsdiqi əsasında);
• Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin etmək;
• Müəssisənin illik büdcəsininin hazırlanmasını təşkil və icrasına nəzarət etmək;
• Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirləri hazırlamaq və icrasına nəzarət etmək;
• Vəzifə təlimatlarına və maliyyə departamentinin hədəflərinə əsaslanaraq işçilərin performanslarını qiymətləndirmək;
• Maliyyə planının hazırlanmasını və yerinə yetirilməsini təşkil etmək;
• Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (baş mühasib) göstərməyiniz xahiş olunur.

VAKANSİYA 7

Azprotein Foods Group

Vəzifə: Trimçi
Əmək haqqı: 400 Azn

Namizədə Tələblər:

• Əti sümükdən ayırma, artıq yağlardan və digər yararsız hissələrdən ayırmağı bacarmalı
• Ət çeşidləri haqqında biliklər
• Müvafiq sahədə minimum 2-3 il təcrübə

Vəzifə öhdəlikləri:

• Əti sümükdən ayırma, artıq yağlardan və digər yararsız hissələrdən ayırmaq
• Əti yararsız hissələrdən ayırmaq

İş şəraiti:

• Nahar şirkət hesabına verilir;
• Şirkətin Servis xidməti var;
• 6 günlük iş qrafiki 08:00-dan 18:00-dək

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

VAKANSİYA 8

Vəzifə: Korporativ müştərilərlə iş üzrə satış mütəxəssisi
İşə götürən: Maffin Reklam Agentliyi

İş barədə məlumat:

– Gündəlik müştərilərə zəng, e-mail və ziyarət vasitəsi ilə ilkin əlaqənin qurulması;
– Korporativ danışıqların aparılması və müştəri bazasının formalaşdırılması;

İş qrafiki : 5 gün ( 9.00-18.00)
İş yeri : Nərimanov metrosu yaxınlığında, Turan Biznes Mərkəzi (Albert Aqarunov 14A)

Əmək haqqı fiks fond və satışlardan əlavə bonuslar əsasında müəyyən olunur və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz.

Namizədə dair tələblər:

– Korporativ Görünüşlü , ünsiyyətcil, işgüzar və səlist danışıq qabiliyyətinin olması;
– Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
– Proqram bilikləri: MS Word, MS Excel;
– Dil bilikləri: Azərbaycan, Rus dili (ingilis dili arzu olunandır);
– Yaş: 24-38;
– bu sahədə iş təcrubəsi və şəxsi avtomobilin olması üstünlükdür;

Müraciət formanızı CV formasında [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

VAKANSİYA 9

Multi Business Services – Baş mühasib

Vəzifə öhdəlikləri:

– Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi
– Maliyyə hesabatlarının və rəhbərliyin tələbinə uyğun digər hesabatların təmin edilməsi
– Dövlət qurumlarına hesabatların hazırlanması , təqdim edilməsi və buna aid yazışmalar
– Tabeçiliyindəki əməkdaşların işlərinə nəzarət

Təhsil və iş təcrübəsi:

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
– Baş mühasib kimi minimum 3 il iş təcrübəsi

Digər bilik və bacarıqlar:

– Beynəlxalq mühasibatlıq bilgiləri olan (ACCA sertifikatları olması əlavə üstünlükdür)
– Vergi , əmək , mülkü məcəlləni mükəmməl bilməli
– ERP proqramlarından hər hansı birinin mühasibatlıq – maliyyə modulu ilə çalışa bilməli
– Komandada işləmə bacarığı olmalı
– Aktiv, məsuliyyətli, işində dəqiq olmalı

Digər tələblər:

– Yaş həddi : yoxdur
– Dil biliyi : Azərbaycan dili

Müraciət qaydası:

Yalnız tələblərə cavab verən namizədlərin CV göndərmələri xahiş olunur.

Müraciət üçün son vaxt : 22/10/2021

Müraciət vasitəsi: [email protected]

VAKANSİYA 10

“Ziraat Bank Azərbaycan” ASC Gəncə şəhərindəki filialına Müştəri Xidmətləri Mütəxəssisi vəzifəsinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• Ali təhsil (maliyyə / iqtisadiyyat sahəsində təhsil arzu ediləndir);
• Banklarda kiçik və orta biznes və ya korporativ müştərilərə satış ilə bağlı iş təcrübəsi;
• Maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsi bilikləri;
• Əldə olunmuş məlumatlar əsasında sahibkarın ödəniş qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, proqnoz hesabatlar hazırlamaq, təqdim olunmuş biznes planın məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq qabiliyyəti;
• Müştərilər ilə effektiv ünsiyyət qurmaq və tələb olunan məlumatları əldə etmək qabiliyyəti;
• Banklarda hesabların açılması və aparılması, sənədli əməliyyatlar (akkreditiv və təminat məktubları) və korporativ müştərilərin günlük bank əməliyyatlarının aparılmasına dair iş təcrübəsi;
• Analitik düşünmə qabiliyyəti;
• Stresin idarə edilməsi bacarığı;
• Nəticəyə yönəlmiş fəaliyyət qabiliyyəti;
• Xarici dil bilikləri (Rus dili, İngilis dili arzuediləndir);
• Kompüter bilikləri (MS Excel, MS Word).

Əsas vəzifələr:

• Potensial müştərilər ilə görüşlər təşkil edərək, onların bankla əməkdaşlığa cəlb edilməsini təmin etmək;
• Bankın təqdim etdiyi bütün məhsul və xidmətlər haqqında məlumatlı olmaq və hər iki tərəf üçün məqbul təklifləri hazırlamaq və təqdim etmək;
• Bankla kredit sahəsində əməkdaşlıq etmək üçün müraciət edən sahibkarlıq subyektinin maliyyə məlumatlarını toplamaq, alınmış məlumatları nəzərdən keçirməklə ilkin təklifi hazırlamaq, rəy alınması üçün bankın aidiyyəti struktur bölmələrinə istiqamətləndirmək və prosesin növbəti mərhələlərinə nəzarət etmək;
• Müştərilərin bankla uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
• Çarpaz satışı təmin etmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Noyabr ayının 30-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Gəncə_Müştəri Xidmətləri” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

VAKANSİYA 11

Vəzifə haqqında məlumat:

İşəgötürən: AQA Şirkətlər Qrupu
Struktur bölmə: Təhlükəsizlik şöbəsi
Vəzifə: Şöbə rəisi
Əmək haqqı: 900 AZN (nett)
İş rejimi: 5 gün
İş yeri: Demirçi Tover
Son müraciət tarixi: 11.11.2021

Vəzifə öhdəlikləri:

1-Müəyyən edilmiş qaydalara müvafiq olaraq müəssisənin mühafizə şöbəsinin işinin təşkili;
2- İstehsal müəsisəsinin və müəssisə ərazisində olan bina, əmlak, avadanlıq, mal-materialların mühafizəsinin təmin edilməsini həyata keçirmək;
3-Tabeliyində olanlar tərəfindən nəzarət buraxılış məntəqəsindən işçi heyətinin və qonaqların buraxılması barədə təlimata uyğun hərəkətlərin edilməsinə nəzarət edir;
4-Binada baş verə biləcək fövqaladə hal üzrə alınacaq tədbirlər və işçiərin vəzifə təlimatlarını öyrənilməsinə nəzarət edir;
5-Şirkət daxilində mümkün ziyan vura biləcək əməllərin qarşısın alınması üzrə müvafiq tədbirlər təşkil edir;
6- Müəssisənin ərazisinə və istehsal sahəsinə giriş və çıxışla bağlı tətbiq olunan rejimlərin tələblərinə əməl olunmasını təmin etmək;
7-Tabeliyində olan növbətçilərin fiziki və peşə hazırlığının lazımi səviyyədə olmasını təmin edir, professional keyfiyyətlərinin artırılması üçün şərait yaradır;
8-Şirkət daxilidə xidmətin təşkilinə nəzarət edir və yoxlamalar aparır, aşkar olunan nöqsanları aradan qaldırır;
9- Fəaliyyəti ilə əlaqədar mütəmadi olaraq, rəhbərliyə hesabatlar vermək.

Vəzifə tələbləri:

– Təhsili/ixtisası: Ali
– İş təcrübəsi: Mühafizə işinin təşkilində rəhbər kimi minimum 3-5 il iş təcrübəsi
– Sertifikat/vəsiqə/lisenziya:
– Xüsusi tələblər: Yaş həddi 30-35
– Dil bilikləri: rus dili, inglis dili
– Kompüter bilikləri: Microsoft Office

Digər məlumatlar:

Ünvan: Caspian Plaza, C.Cabbarlı 44, Bakı, AZ1065

Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini [email protected] e-mail ünvanına göndərməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 12

“PARABOKT” ASC (Bakı, Ağdaş, Mingəçevir, Göyçay, Yevlax, Xaçmaz, Goranboy, Qəbələ, Lənkəran, Astara ) Satış üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir. PARABOKT sizə uğurlu karyera qurmaq və şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır.

Əsas vəzifələr:

– Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
– Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
– Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
– Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
– Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
– Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

Namizədə olan tələblər:

– Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
– Ali təhsil/ natamam ali təhsil;
– Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
– Cins: kişi (arzuolunandır)
– Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
– Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
– Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;

• Bazar ertəsi – Cümə: 09:00 – 18:00
• Şənbə: 10:00-16:00

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Kredit üzrə mütəxəssis ” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

VAKANSİYA 13

Noble-N MMC

Maliyyə üzrə mütəxəssis

Öhdəliklər:

– Maliyyə hesabatlarının hazırlanması
– Strateji hədəflər və büdcənin hazırlanması
– Maliyyə nəzarətinin həyata keçirilməsi,təhlili
– Proseslərin və xərclərin optimallaşdırılması
– Vergi hesabatlarının hazırlanmasında iştirak
– Xərc və gəlirlərin düzgün uçotunun aparılmasına nəzarət

Tələblər:

– Maliyyə sferası üzrə ali təhsil
– Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
– Analitik təhlil,strateji düşünmə,statistik və riyazi biliklər,
– Maliyyə hesabatları ilə işləmə bacarığı
– MS Excel ,Powerpoint ilə işləmə bacarığı
– Rus və İngilis dilləri üzrə biliklər arzuolunandır
– ACCA F2,F3,F7 və digər beynəlxalq sertifikatlarının olması üstünlükdür.

Qeyd; Şəkilsiz CV-lərə baxılmır.

E-mail: [email protected]

VAKANSİYA 14

Cahan Motors

Anbar müdiri

Vəzifə öhdəlikləri:

• Anbarın fəaliyyətinin və digər struktur bölmələr ilə qarşılıqlı münasibətini təşkil edilməsi,
• Tabeçiliyində olan anbardarların işinin təşkili və idarə olunması,
• Mərkəzi və şirkətin digər anbarları üzrə vahid sistemlə idarə edilməsinin təşkili,
• Ehtiyat hissələrinin anbara qəbul edilməsi, malların qiymətlilərinin sistemə işlənməsi, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi, lazım olan ehtiyathissələrinin və inventarın təcili tapılmasının təşkil edilməsi,
• Anbara yığılmış malların ünvanlı xanalarda saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesablarının aparılmasının təmin edilməsi,
• Anbardaxili əməliyyatların gündəlik uçotunun aparılması,
• Daxil olan sifarişlər əsasında müvafiq anbarlardan mallların mərkəzi anbara vaxtında çatdırılmasının təşkili,
• Rüblük inventarizasiyanın aparılması,
• Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi,
• Rəhbərliyin həvalə etdiyi işləri vaxtında yerinə yetirillməsi.

Namizədə tələblər:

∙ Ali təhsil;
∙ Üç il iş təcrübəsi;
∙ Yaş həddi: 30-45;
∙ Cinsi: kişi

E-mail: [email protected]

VAKANSİYA 15

Netbet MMC “Müştəri Xidmətləri üzrə Mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

İşin Təsviri:

• Müştərilərdən gələn zənglərə cavab vermək;
• Zəng edən bütün müştərilərə xüsusi yanaşma və təmkinli davranış;
• Müştərilərin sorğularına cavab vermək, onların istəklərinin yerinə yetirilməsinə kömək etmək;
• Müştərilərdən daxil olan şikayət və təkliflərin qəbul edilməsi, təhlili və qısa müddətdə həll olunmasına nail olmaq/ ehtiyac yarandığı zaman müvafiq şöbəyə yönləndirmək;
• Bütün Etopaz müştərilərinin veb saytımızdan ən yaxşı şəkildə faydalanmalarına kömək etmək;
• Müştərilərə onların hər zaman yanında olduğumuzu göstərərək müştəri loyallığının qorunmasına və inkişaf etdirilməsinə nail olmaq;

Tələblər:

• Ali təhsil;
• Yüksək ünsiyyət qabiliyyəti;
• Əla səviyyədə Azərbaycan və rus dilləri, yaxşı səviyyədə ingilis dili biliyi
• Kompüter bilikləri: Microsoft Office proqramları;
• Komanda tərkibində işləmə bacarığı;
• Dəqiqlik və operativlik;
• Dəyişkən iş qrafiki;

Maraqlanan namizədlərdən CV-lərini [email protected] e-poçt ünvanına “Müştəri xidmətləri üzrə mütəxəssis” başlığı ilə göndərmələri xahiş olunur.

VAKANSİYA 16

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Vakansiya – Mühasib

Vəzifə öhdəlikləri:

• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir
• Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir
• Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edilməsində iştirak,
• Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
• Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edir
• Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir
• E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanmasında iştirak
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak.

Tələblər:

• Ali təhsil – (Mühasibat uçotu və Audit, İqtisadiyyat, Menecment ixtisasları)
• Təcrübə – 1-3 il
• Dil bilikləri – Azərbayan dili
• İT üzrə biliklər – MS Office (Excel yaxşı səviyyədə), 1C (Üstünlükdür)
• Sertifikat – ACCA (F2, F3,) və əlaqədar sertifikatlar
• Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə biliklər

İş şəraiti:

– İş yeri – Çinar Plaza
– İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
– Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
– Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Müraciət üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur.
https://jobs.talhunt.az/grandagro/614-muhasib

VAKANSİYA 17

Türk Medical MMC

Vakansiya: Tibbi satış nümayəndəsi

İş barədə məlumat:

– İş günləri 1-5-ci günlər 9:00-dan 17:00-dək, 6-cı gün 13:00-dək,
– Məhsullarımız Tibbi Laboratoriya cihazları reaktivləri və Laboratoriya analizləri
– Korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması
– Günlük yeni müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
– Ziyarət nəticələrinin izlənilməsi,potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması,
– Yeni müştərilərə zənglərin edilməsi, görüş və təqdimatların təşkili
– Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
– Aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;- Korporativ satış planının yerinə yetirilməsi
– Fiks maaş 400-500.Satışlardan bonuslar var

Namizədə tələblər;

– Office proqramlarını bilmək
– Həftəlik program əsasında məhsul və xidmətlərimizi müştərilərə görüşərək təqdim etmək
– Lazım gələrsə müştərilərlə rəhbərlik arasında görüş təşkil etmək
– Xarici dil bilinməsi arzu olunandır
– Tibbi Laboratoriya yönümlu təhsilli olması arzu olunandır.
– Müştəriyönümlü satış bacarığı olmalı
– Korporativ idarə etməni bilməlidir, satış nəticələrinə əsasən bonuslar hesablanır

Qeyd: Xahiş edirik yalnız şəkilli CV-lərinizi [email protected] mail adresinə göndərəsiniz.

*Üstünlük xanım namizədlərə verilir.

VAKANSİYA 18

Vəzifə: Marketinq menecer

Mr.fix haqqında qısa məlumat:

“Kartaş LTD” MMC 2003-cü ildə Azərbaycanda təsis edilmiş və Mr. Fix adı altında tikinti materiallarının istehsalına başlamışdır. İstehsal və məhsul texnologiyasına verdiyimiz əhəmiyyət markamızı qısa müddət ərzində ölkənin ən mühüm tikinti kimyəviləri istehsalçısına çevirmişdir.

Kafel və keramika yapışdırıcıları, aralıq doldurucuları, su izolyasiya materialları, istilik izolyasiya materialları, təmir tikinti materialları, zəmin materialları, hazır suvaqlar, beton qatqıları, istilik izolyasiya və s. kimi tikinti materialları istehsal edir.

Əsas vəzifə öhdəlikləri:

– Büdcə idarə etməsi və markanın marketinq planlaşdırması;
– Məhsul performansının idarə edilməsi;
– Mövcud məhsul çeşidinin idarə edilməsi;
– Yeni məhsul inkişafı, məhsul müxtəlifliyinin artırılması, məhsul mənbələrinin müəyyənləşdirilməsi;
– İstehlakçı tədqiqatları və istehlakçı ehtiyacları;
– Bazar araşdırması və rəqibləri araşdıraraq, zəif və güclü tərəflərini müəyyənləşdirmək;
– Məhsul ilə əlaqədar marketinq planını hazırlamaq və plana görə fəaliyyətləri həyata keçirmək;
– Qiymətlərin idarə edilməsi;
– Bazara nüfuz və müqayisə etmə fəaliyyəti;
– Məhsulun tanıdılması üçün layihələrin yönləndirilməsi;
– Təqdimat materiallarından səmərəli istifadəyə nəzarət etmək və izləmək;
– Satış proqnozlarının idarə edilməsi və məhsulun mövcudluğu;
– Satış qrupu ilə satış hədəflərini hazırlamaq;
– Kampaniya tətbiqinin izlənilməsi və nəticələrin qiymətləndirilməsi;
– Təqdimat planlaşdırması və idarəetmə;

Tələblər:

– Kişi işçi;
– Ali təhsil (marketinq sahəsi üzrə);
– Müstəsna kommunikasiya və ünsiyyət qabiliyyətlərinə malik;
– Güclü analitik və məntiqi düşünmə bacarıqları ilə mürəkkəb məsələləri müəyyən və həll etmək qabiliyyəti olan;
– Microsoft ofis proqramlarının yüksək səviyyədə bilmə, o cümlədən Power Point və digər qrafik və ya təqdimat proqramları ilə işləmə bacarığı olan;
– Azərbaycan və ingilis dillərində mükəmməl danışıq və yazma qabiliyyəti;

Maaş müsahibə zamanı təyin ediləcəkdir.

Bu vakansiya üçün [email protected] e-poçtuna mövzu hissəsinə “Marketinq menecer” qeyd edib göndəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.

VAKANSİYA 19

Ayan MMC şirkəti Audit Departamentinin Rəhbəri vakansiyası üzrə CV-lərin qəbulunu elan edir.

Vəzifə öhdəlikləri:

• Audit Departamentinin fəaliyyətinin təşkili və idarə edilməsi
• Risk əsaslı audit plan hazırlanması;
• Müvafiq Audit iş planına əsasən yoxlamaların aparılmasının təşkili
• Audit zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
• Aktivlərin qorunması üzrə sistem və prosedurların , daxili nəzarət sisteminin effektivliyinin qiymətləndirilməsi və bununla bağlı rəhbərliyə təqdim edilməsi
• Mütəmadi audit tövsiyələrinin icra statusunun monitorinqinin aparılması;
• Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi
• Korporativ idarəetmənin tətbiqini və effektivliyinin qiymətləndirilməsi;
• Qüvvədə olan AR qanunvericiliyinə Şirkətin daxili prosedur və qaydalarına riayət olunmasını təmin edilməsinə nail olunması.

Namizədə dair tələblər:

• Kişi namizəd;
• Audit rəhbəri kimi minimum 5 illik təcrübə;
• Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta, ingilis dili-orta;
• Mühasibat uçotu və Audit, iqtisadiyyat sahəsində ali təhsilin olması;
• Logo Tiger Enterprice Proqramı uzrə təcrübəsi olan əməkdaşlara üstünlük verilir;
• Risklərin idarə olunmasına dair biliklərə malik olması;
• Təhlil etmək, risk yönümlü yoxlama aparmaq üzrə bacarıqlar;
• Hesabatın hazırlanması və yazılması bacarığı;
• Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
• Ünsiyyət qurmaq, komandada işləmək bacarığı, təşəbbüskarlıq, məsuliyyətlilik;
• Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;

Əlavə məlumatlar:

• Əmək haqqı: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 08:00 – 17:00

CV-lərinizi [email protected] ünvanına “Audit Departament Rəhbəri” başlığı ilə göndərə bilərsiniz.

Müsahibəyə dəvət olunan nazmizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlaqə nömrələri: +994552090362

VAKANSİYA 20

Nobel Elektrik0

Korporativ Satış üzrə menecer

İş barədə məlumat:

– Müştərilərlə telefonla və fərdi görüşlərin təşkil edilməsi, Şirkət xidmətlərinin təqdim edilməsi (şirkətlər və fərdi şəxslərə) və satışlar həyata keçirilməsi
– Şirkətin təqdim etdiyi bütün malların və xidmətlərin xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı və müştərilərə bu barədə ətraflı məlumat verməli, sifarişlərin və ödənişlərin götürülməsi və onların izlənilməsi
– Mövcud və yeni müştəri bazasının yaradılması
– Tələbnamələrə əsasən yerli və xarici bazarın araşdırılması
– Bazar qiymətlərinin araşdırılması və müqayisə olunması
– Sifarişlərin yerləşdirilməsi və onların izlənilməsi
– Malların və xidmətlərin vaxtında çatdırılması
– İşlərin planlaşdırılması və analizi
– İş saatı: I-V günlər 09:00-dan 18:30-dək, VI gün 09:00-dan 17:00-dək
– İstirahət günü bazar günüdür
– Əmək haqqı: namizədin iş təcrübəsini nəzərə alaraq razılaşma yolu ilə təyin olunur.



Namizədə tələblər:

– Müştərilərlə yüksək səviyyədə ünsiyyət
– Danışıq qabiliyyəti yüksək olmalı
– Səmimi, aktiv, dinamik, səbrli və gülərüz
– Kollektivlə işləmək bacarığı
– Satış sahəsi üzrə minimum 1 il iş təcrübəsi
– MS Office proqramları, əsasən də EXCEL programında mükəmməl işləmək bacarığı
– Yüksək analitik bacarıqlar, operativlik, təşəbbüskarlıq,
– Azərbaycan dili (əla), Rus dili (əla) İngilis dili ( yaxşı)
– Ehtiyac olduqda marketing araşdırmaları aparma bilmə bacarığı

CV-lərinizi [email protected] adresinə göndərə bilərsiniz.

VAKANSİYA 21

Əməyin mühafizəsi üzrə Baş mühəndis

Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC

Əsas iş yeri: Qazax rayonu, Daş Salahlı kəndi

Namizədə tələblər:

– Müvafiq sahə üzrə ali təhsil;
– Müvafiq sahə üzrə 5 il iş təcrübəsi;
– MS Office – Word, Excel, Power Point proqramlarını mükəmməl bilməli;
– Xarici dil: Rus və İngilis dillərini mükəmməl bilməli;
– Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı, təşkilatçılıq qabilyyətinə malik olmalı;

Əsas vəzifə öhdəlikləri:

• Müəssisənin fəaliyyəti üzrə görülən bütün işlərin təhlükəsiz həyata keçirilməsi və sağlam əmək şəraitinin yaradılması sistemini idarə edir.
• Əmək qanunvericiliyinə, təhlükəsizlik qayda və normalarına, standartlara və digər normativ sənədlərə əməl olunmasına nəzarət edir.
• İstehsalatda mövcud texnoloji intizama riayət olunmasına, qəza və bədbəxt hadisələrin və digər fövqəladə halların qarşısının alınması üçün mühəndis-texniki sistemlərin, o cülədən yanğından mühafizə qurğularının düzgün idarə olunmasına nəzarət edir.
• Müəssisədə qurğu və avadanlıqların yeniləşdirilməsi, istehsal proseslərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrin işlənib hazırlanmasında texniki təhlükəsizlik tələblərinin düzgün nəzərə alınmasına nəzarət edir.
• İstehsalatın genişləndirilməsi, layihə-kostruktor işləri və yeni texnologiyaların tətbiqi və s. proseslərdə əməyin mühafizəsi və texniki təhlükəsizlik amillərinin qiymətləndirilməsinə və bu sahədə yeni qaydaların tətbiq edilməsinə rəhbərlik edir.
• Müəssisənin əməyin mühafizəsi üzrə xidmətinin fəaliyyətinə birbaşa rəhbərlik edir.
• Tikinti və istehsalat prosseslərində işlərin təhlükəsizlik qaydalarına uyğun təşkilinə, avadanlıqların təhlükəsiz istismarına, istehsalat binalarının qurğularının və digər məişət obyektlərinin texniki sazlığına, iş yerində mühafizə, xilasedici vasitələrin lazım olan miqdarda sazlığına nəzarət edir.
• İşçilərin keyfiyyətli (standartlara, mühafizə xüsusiyyətlərə görə) xüsusi geyimlə, ayaqqabılarla, fərdi mühafizə vasitələrilə təmin olunmasına nəzarət edir.
• İşçilərə təhlükəsiz iş üsullarının sistemli qaydada öyrədilməsinə, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatların işlənib hazırlanmasına və işçilərlə təlimatlandırmaların düzgün və vaxtında keçirilməsinə, o cümlədən: onların biliklərinin yoxlanılmasına və qeydlərin aparılmasına rəhbərlik edir.
• İşçilərin həyatı və sağlamlığına təhlükə yaradan tikinti və istehsalat sahəsində, maşın və mexanizmlərdə, qurğularda və dəzgahlarda işləri dayandırır və zəruri tədbirlərin görülməsini təşkil edir.
• İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin, bədbəxt hadisə ilə nəticələnən qəzaların təhqiqatında və onların qarşısını alan tədbirlərin hazırlanmasında iştirak edir.
• Əməyin mühafizəsi məsələləri üzrə müəssisənin daimi fəaliyyət göstərən komissiyalarının işini tənzimləyir, yerli komissiyaların və işçi qrupların fəaliyyətinə nəzarət edir.
• İstehsalat və digər fəaliyyət sahələrində sağlam əmək şəraitinin yaxşılaşdırılması və təhlükəsizlik standartlarının səviyyəsinin yüksəldilməsi məqsədi ilə mütəmadi olaraq yoxlamaların aparılması və aşkar olunmuş uyğunsuzluqların aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsininə rəhbərlik edir.
• Vəzifəsindən irəli gələn və qanunvericiliyə zidd olmayan digər işləri yerinə yetirir.

Əsas təminatlar:

– Nahar (Əgər zavod ərazisindəki hoteldə qalacaqsa gündə 3 dəfə yeməklə təmin olunur),
– Aylıq mobil rabitə limiti ilə təmin olunur,
– Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel – yataqxana fəaliyyət göstərir),
– İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir,

E – mail : [email protected] .

Mövzu hissəsində ” Əməyin mühafizəsi üzrə Baş mühəndis ” qeyd olunması zəruridir.

Qeyd: Xahiş olunur fikri ciddi olmayan, iş təcrübəsi olmayan, İngilis dili və Rus dilini bilməyən Namizədlər CV göndərməsin.

fed.az