Azərbaycan Yelkən Federasiyasının əməkdaşları 8 saylı tam orta məktəbdə yelkən idmanını tanıdıblar

176

Görüşdə 8 saylı tam orta məktəbin 100-dən çox şagirdi iştirak edib.

Yelkən idmanı üzrə infrastruktur meneceri, ILCA sinifi milli komanda məşqçisi Seyhun Yıldız və Optimist sinifi milli komanda məşqçisi Panagiotis Papadakis yelkən idmanı barədə ətraflı məlumat verərək, 2024 Optimist yay məktəbinə dəvət ediblər.

Görüşün məqsədi orta məktəblərdə təhsil alan şagirdləri yelkənlə tanış edərək, bu idman növünün təbliğatını aparmaqdır.

Qeyd edək ki, Azərbaycan Yelkən Federasiyası hər il silsilə şəkildə məktəblərdə yelkən idmanının təbliğatını aparır.