Atom sualtı gəmisini muzey kimi ziyarət edəcəklər

202

Muzeyə çevriləcək “Lenin komsomolu” (“K-3”) atom sualtı gəmisi hazırda üç yedək və iki qayığın köməyi ilə Sankt-Peterburqdan Kronştata aparılır.

“Seanews.az”-ın məlumatına görə, dünyada ilk sovet və üçüncü nüvə sualtı gəmisi olan “Lenin komsomolu”nun əsası  1955-ci il sentyabrın 24-də Severodvinskdə qoyulub və 1957-ci il avqustun 9-da suya salınıb.

1961-ci ildə Atlantikada xidmətə başlayıb. Bir il sonra Şimal Buzlu okeanın buzlarının altından ilk keçid edib.

“K-3” 1991-ci ildə Şimal Donanmasının tərkibindən çıxarılıb. 2005-ci ildən “Nerpa” gəmiqayırma zavodunun akvatoriyasında dayanırdı.