Dəniz quldurları Qvineya körfəzində gəmiyə hücum ediblər

245

Qvineya körfəzində Panama bayraqlı “MSC LUCIA” konteyner gəmisinə dəniz quldurları hücum edib. 

“Seanews.az” xəbər verir ki, Ağbami neft terminalından 86 dəniz mili cənub-qərbdə baş verib. 

Rusiya Şimal Donanmasının dənizçiləri dərhal hücumun qeydə alındığı əraziyə gediblər. Onlar konteyner gəmisini dəniz quldurlarından xilas ediblər.