İndoneziyada iki gəmi toqquşub, itkin düşənlər var

189

İndoneziyada “New Global” adlı tankerlər “Maju 9” adlı kargo gəmisi toqquşub. Hadisə nəticəsində “Maju 9” çevrilib.

“Seanews.az” xəbər verir ki, gəmidə olan 32 nəfərdən 28-ni “New Global”ın heyəti xilas edib. 4 nəfərin itkin düşdüyü bildirilir.

Hazırda qəza ilə bağlı araşdırmalar aparılır.