Danimarkada Rusiyanın “Akademik Yoffe“ gəmisi saxlanılıb

189

Kanadanın “One Ocean Expeditions Ltd.” şirkətinin iddiası əsasında Danimarkanın Skaqen limanında Rusiyanın “Akademik Yoffe“ gəmisi noyabrın 1-də saxlanılıb.  Gəminin bütün sənədləri alınıb.

“Seanews.az” xəbər verir ki, Antraktik sularında tədqiqat və elmi işlərlə məşğul olan gəminin göyərtəsində 38 heyət üzvü və 23 alim var.

Rusiyanın Kopenhagendəki səfirliyindən bildirilib ki, onlar gəmi ilə mütəmadi əlaqə saxlayırlar.

Qeyd edək ki, gəmi iddianı qaldıran tərəfin xeyrinə müvəqqəti tədbir kimi saxlanılıb. Məhkəmə qərarları səfirliyə, oradan da Rusiya Xarici İşlər Nazirliyinə göndərilib.  Hər iki ölkənin XİN nümayəndələri məsələ  ilə bağlı danışıqlar aparırlar.