Rusiyanın ilk xilasedici PUA-sı Arktika şəraitində sınaqdan keçirilib – VİDEO

239

Rusiyanın ilk xilasedici pilotsuz uçan aparatı “Seadrone ME” Arktika şəraitində Karsk dənizində sınaqdan keçirilib.

Rusiyanın “Havadan çəkiliş” şirkəti bununla bağlı kadrlar yayıb.

Uçuş proqramına əsasən, pilotsuz təyyarə su səthində yarımavtomatik və avtomatik rejimdə uçuş və enişlə, suda bir nəfəri xilas edərkən suya enişlə (axtarış mayakı ilə təchiz olunmuş maneken idi) və sair bir sıra uçuşlar həyata keçirib. Bundan başqa, dron suda boğulan şəxsə xilasedici jiletin və dairənin atılmasını işləyib, səsgücləndirici və projektorla uçuşlar həyata keçirib, batometrdən istifadə etməklə su nümunələri götürüb.

Qeyd edək ki, “Seadrone ME” Arktikada açıq dəniz və duz dumanı şəraitində idarə oluna bilər.

https://baku.tv/az/dunyaa/46351/