Afrikadan Avropaya gedən çox sayda qanunsuz miqrant saxlanılıb

209

Mərakeş hökuməti Afrikadan Avropaya getmək istəyən 114 qanunsuz miqrantı saxladıqlarını açıqlayıb.

“Report” xəbər verir ki, həmin şəxslər Atlantik okeanında, Qərbi Səhranın Əl Uyun limanından 28 km məsafədə qayıqlarla keçərkən saxlanılıb.

Bundan əvvəl Mərakeş qurumları tərəfindən noyabrın 10-da keçirilən əməliyyat zamanı 117 qanunsuz miqrant ələ keçirilmişdi.