Bu il Ceyhan limanından 174 milyon bareldən çox BTC nefti nəql edilib

312

Bu ilin əvvəlindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) şirkəti Ceyhan terminalından 174,220 milyon barel xam neft nəql edib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 242 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Ümumilikdə indiyə qədər limandan 3 milyard 745,2 milyon barelə yaxın xam neft 4 901 tankerə yüklənib.

BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.