Türkiyə dördüncü qazma gəmisini donanmasına əlavə edib

295

Türkiyə “Fatih”, “Yavuz” və “Kanuni” qazma gəmilərindən sonra dördüncü qazma gəmisini də donanmasına əlavə edib. 

“Seanews.az” xəbər verir ki, bununla bağlı Türkiyənin Enerji və təbii qaynaqlar naziri Fateh Dönməz “Twitter” hesabında paylaşım edib. 

Məlumata görə, uzunluğu 238, eni 42 metr olan gəmi 7-ci nəsil üstün texnologiyaya malikdir.

Dördüncü qazma gəmisinin maksimum əməliyyat dərinliyi 3600 metrdir. Gəminin heyəti isə 200 nəfərdən ibarətdir.