Yaponiya Somali sahillərində dəniz quldurluğu ilə mübarizə aparan missiyasının mandatını uzadıb

330

Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) Somali sahillərində dəniz quldurluğu ilə mübarizə aparan missiyasının mandatını uzatmaq qərarına gəlib.

“Seanews.az” xəbər verir ki, bu  barədə  Yaponiya NHK  agentliyi məlumat  yayıb. 

Bildirilib  ki, Nazirlər Şurası Somalinin şimalında Ədən körfəzində dəniz quldurluğu ilə mübarizə aparan SDF-nin mandatının bir il müddətinə uzadılmasını təsdiqləyib. Həmçinin qeyd olunub ki, qərarla bölgədə çalışan SDF kadrlarının sayı artırılacaq.

Qətnamədə yoxsulluq da daxil olmaqla, piratlığa səbəb olan əsas problemlərin həll edilmədiyinə diqqət çəkilib. Bu səbəbdən bəzi ticarət gəmilərinin “SDF-nin müşayiətini” tələb etdiyi bildirilib. 

Digər tərəfdən, Sinay yarımadasındakı çoxmillətli sülhməramlı qüvvə tərkibində fəaliyyət göstərən “SDF” personalının mandatının da 1 il müddətinə uzadılmasına qərar verilib.