ABŞ aviadaşıyıcı gəmilərinin zəif yeri açıqlanıb

323

ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kapitanı Cerri Hendriks, ABŞ aviadaşıyıcı gəmilərinin Rusiya raketlərinə qarşı aciz olduqlarını söyləyib.

Trend xəbər verir ki, keçmiş hərbçi bildirib ki, ABŞ aviadaşıyıcı donanması sahildəki hədəfləri vurmaq üçün nəzərdə tutulmayıb. Çin və Rusiya ilə rəqabət aparmaq üçün ABŞ atış məsafəsini uzatmaq üzərində çalışmalıdır.

Moskva və Pekin aviadaşıyıcıların sahilə yaxınlaşmasına mane olan silahlardan istifadə edir: gəmilər dənizdə yalnız 1000 mil məsafədə dayana bilər, bu məsafə isə ABŞ qırıcılarının əməliyyat radiusunun xaricindədir.

Bu ciddi çatışmamazlığı aradan qaldırmaq əvəzinə, Hərbi Dəniz Qüvvələri yeni qırıcı təyyarə proqramına vaxt, pul və enerji sərf edir, deyə Hendriks əlavə edib.