“Lukoil” gələn il Xəzərdə neft yatağını işə salacaq

248

Rusiyanın “Lukoil” şirkəti Xəzərin yerləşən V. Qrayfer adına yatağı 2022-ci ilin sonunda işə salmağa planlaşdırır.

“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu şirkətin vitse-prezidenti Pavel Jdanov deyib.

Məlumata görə, yataqda hasilatın layihə səviyyəsinin ildə 1,2 mln. ton neft olacağı gözlənilir.

Qeyd olunur ki, “Lukoil” 1995-ci ildən Şimali Xəzərdə kəşfiyyat, 1999-cu ildən isə dərin qazma işlərini aparır. Şirkətin lisenziya sahələrində 26 axtarış-qiymətləndirmə quyusu qazılıb. Ümumilikdə, “Lukoil” Xəzər dənizində 10 yataq kəşf edib.