Türkiyə ilə Liviya arasında gəmi vasitəsilə səfərlər 25 ildən sonra bərpa edilib

315

Türkiyə ilə Liviya arasında gəmi vasitəsilə səfərlər 25 ildən sonra bərpa edilib.

AZƏRTAC xəbər verir ki, Liviyanın Misrata şəhəri ilə Türkiyənin İzmir şəhəri arasında iki ayrı gəmi ilə həyata keçiriləcək sınaq səfərlərində yük və sərnişinlərlə yanaşı, nəqliyyat vasitəsi də daşınacaq. Həftədə bir dəfə nəzərdə tutulan Türkiyə-Liviya səfərləri iki gün davam edəcək.

Layihə çərçivəsində ilk gəmi Liviyanın Misrata şəhərində təşkil edilən rəsmi mərasimlə Türkiyəyə yola salınıb.

Gələcəkdə bu səfərlərin İstanbul, Marmaris, Antalya və Bursa şəhərlərinə də edilməsi planlaşdırılır.