Bakı Limanında yükaşırma 18% artıb

285

Bu ilin yanvar-oktyabr aylarında paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Bakı Limanı) 4,707 milyon ton yük aşırılıb.

“Report” xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Liman” QSC-nin mətbuat katibi Elmar Həbibli məlumat verib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% çoxdur.

O cümlədən son 1 ildə limanda aşırılmış quru yüklərin həcmi 68,5% artaraq 956 min ton təşkil edib.

Hesabat dövründə limanında aşırılmış konteynerlərin sayı isə 6% artıb 35 040 TEU olub.

Bu il Bakı Limanında yükaşırmanın həcminin 5 milyon tonu keçməsi proqnozlaşdırılır.