Çinin gəmiqayırma bazarında liderliyi davam edir

251

Çin qlobal gəmiqayırma bazarında mütləq lider olmaqda davam edir. Belə ki, 2021-ci ilin on ayı ərzində milli gəmiqayırma zavodlarının yeni tikili qovluğu ötən ilin müvafiq dövrü ilə müqayisədə 210,5% “qalınlaşıb”. İxrac sifarişləri 209,2% artaraq 55,58 milyon dedveytə çatıb.

“Seanews.az”-in məlumatına görə, ümumilikdə, yanvar ayından oktyabrın sonunadək Çinin gəmiqayırma müəssisələri ilə ümumi dedveyti 98,1 milyon ton olan gəmilərin tikintisinə dair müqavilələr imzalanıb ki, bu da ötən illə müqayisədə 38,2% çoxdur. Eyni zamanda, ixrac üçün ümumi dedveyti 29,92 milyon olan gəmilər tikiləcək (2020-ci illə müqayisədə 6,8% çox).

Çin operatorlarının nəzarəti altında olan donanma da yeni gəmilər hesabına xeyli zənginləşəcək. Xatırladaq ki, yükdaşıma tariflərinin dinamik artımı səbəbindən 2021-ci ilin əvvəlindən Çinin ticarət donanmasının kommersiya dəyəri əhəmiyyətli dərəcədə artıb.

Qlobal gəmiqayırmada rol və yerə gəlincə, 2021-ci ilin noyabr ayının əvvəlinə inşa edilmiş bütün gəmilərin 44,5%-i, dünya sifarişləri qovluğunun 48,3%-i və yeni müqavilələrin 53,9%-i Çinin payına düşür.

Çinin gəmiqayırma zavodlarında yeni tikililər üçün sifarişlərin artım tempi kifayət qədər yüksək olduğu halda, gəmi təmiri işlərinin həcmində, əksinə, azalma  müşahidə olunur. Belə ki, ölkənin 15 ən yaxşı gəmiqayırma zavodunda gəmi təmiri işləri keçən illə müqayisədə 4,7% azalıb.