“Akademik İoffe” tədqiqat gəmisinin həbsinin ləğvi barədə qərar dünən qəbul edilib

337

Danimarkada saxlanılan Rusiyanın “Akademik İoffe” tədqiqat gəmisi artıq Kalininqrada istiqamət götürüb.

“Seanews.az” xəbər verir ki, dünən Danimarkanın Qərb Apellyasiya Məhkəməsi tərəfindən “Akademik İoffe”nin həbsinin ləğvi barədə qərar qəbul edilib.

Rusiya diplomatik nümayəndəliyində qeyd edildiyi kimi, “məhkəmə iclasında Rusiya gəmisinin dövlət gəmisi olduğu və qeyri-kommersiya məqsədi kimi təsnif edilən okeanoqrafik elmi ekspedisiyaya yollandığı vurğulanıb. Bununla bağlı onun barəsində həbs-qətimkan tədbirinin tətbiqinə yol verilmir”.

Xatırladaq ki, Şirşov adına Okeanologiya İnstitutuna məxsus, göyərtəsində 38 heyət üzvü və 23 tədqiqatçı olan “Akademik İoffe” tədqiqat gəmisi Danimarkada, Skagen limanında saxlanılmışdı.  Gəminin həbsi Kanadanın “One Ocean Expeditions Ltd” şirkətiniin “Akademik İoffe”-in  əvvəlki fəaliyyəti ilə bağlı iddiası əsasında müvəqqəti tədbir kimi həyata keçirilmişdi.