Çin Sakit okeanda hərbi təlimlərə başlayıb

332

Çin Hərbi Dəniz Qüvvələrinin gəmiləri növbəti təlimlər üçün Sakit okeana daxil olub.

“Report” xəbər verir ki, bu barədə “South China Morning Post” portalı məlumat yayıb.

Tamhüquqlu aviadaşıyıcı zərbə qrupu olmayan flotiliyaya təyyarədaşıyan gəmidən əlavə, “Type 055” esminesi, “054” freqatı və “Hulun Lake” təchizat gəmisi daxildir.

Hazırda Çin Hərbi Dəniz Qüvvələrində iki təyyarədaşıyan var, üçüncünün tikintisi başa çatmaq üzrədir.

Çin aviadaşıyıcılarının zərbə qrupları Yaponiyadan Malay yarımadasına qədər uzanan və Tayvanı əhatə edən birinci ada xətti xaricində fəaliyyət göstərmək üçün nəzərdə tutulub. Bu qrupların vəzifəsi Pekinin Tayvana qarşı əməliyyatı zamanı xarici qüvvələrin müdaxiləsinin qarşısını almaqdır.