Gəmilərin qiyməti iki dəfə artıb

344

Seanews.az” xəbər verir ki,  2021-ci ildə həm yeni, həm də  istismar edilmiş gəmilərin qiymətləri əhəmiyyətli dərəcədə artıb. Belə ki, yeni gəmilərin və təkrar bazarda  işlənmiş gəmilərin alınmasına çəkilən xərclərin ümumi məbləği 147 milyard dollar olub.  Bu, 2008-ci ildən bəri ən yüksək göstəricidir.

Qeyd edək ki, 2020-ci ildə gəmilərin alınmasına çəkilən ümumi xərclər 74 milyard dollar təşkil edib.

Bu il tonajına görə yeni gəmilərin tikintisinə investisiya qoyuluşu 2013-cü ildən bəri ən yüksək həddə çatıb – 103 milyard dollar! Təkrar bazarda gəmilərə 43 milyard dollardan bir qədər çox vəsait xərclənib. Bu rəqəm 2007-ci ilin rekorduna yaxındır – 46 milyard dollar.

“Ümumilikdə ilin əvvəlindən donanmanın 7%-i əldən-ələ keçib. Yunanlar və çinlilər daha çox gəmi alıblar. Bu il ümumi dedveyti 135 milyon ton olan gəmilərin alqı-satqısı üzrə 2,1 min əməliyyat qeydə alınıb,”-deyə “Splash со” nəşri yazır.