Murmansk balıqçılıq şirkəti Norveç gəmiqayırma zavoduna 106 milyon rubl ödəyəcək

402

Murmanskın “Мурман СиФуд” balıqçılıq şirkəti Kirkenes gəmiqayırma zavoduna Norveçdə məhkəmədə uduzub.

“Seanews.az” korabel.ru-ya istinadən xəbər verir ki, Vladimir Xijnyakovun rəhbərlik etdiyi şirkət norveçli gəmi təmirçilərindən təzminat kimi  90 milyon Norveç kronu (demək olar ki, 739 milyon rubl) almaq niyyətində olub. Məhkəmə isə hadisədə Murmansk şirkətinin “Melkart” troulerinin kapitanının günahkar olduğunu əsas tutaraq, balıqçıların iddialarını rədd edib.

Kirkenes gəmiqayırma zavodunun murmansklılara qarşı əks iddiası isə tam olmasa da, qismən təmin edilib. Belə ki, gəmi təmirçiləri 20 milyon Norveç kronuna ümid edirdilər, lakin məhkəmə 13 milyon Norveç kronunun (106 milyon 730 min rubl) kifayət edəcəyi qərarına gəlib.

Xatırladaq ki, 2021-ci ilin martında Norveçin “KİMEK” gəmiqayırma zavodunda təmirdən sonra suya buraxılarkən “Melkart” trouleri çevrilərək böyrü üstə yatıb.