SOCAR “Goldman Sachs”-dan“Petlim” şirkətindəki payını aldı

346

“SOCAR Turkiye Enerji” şirkəti (SOCAR-ın törəmə şirkəti) “Petlim Limancılık Ticaret A.S.” şirkətinin səhmlərinin 30%-nin sahibi oldu.

“Petlim Limancılık Ticaret A.S.” şirkəti 22 noyabr 20210-cu ildə Egey bölgəsindəki “Petlim” konteyner terminalının (hazırki adı“SOCAR Terminal”) tikintisi məqsədilə yaradılıb. Həmçinin, bu şirkətin səhmlərinin 100% payının sahibi Petkim Petrokimya Holding” Türkiyənin neft-kimya kompleksidir.

Petlim”ə uzunluğu 350 metrdən çox olan dünyanın ən böyük konteyner gəmiləri  yan ala biləcək - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

19 dekabr 2014-cü ildə “Petlim Limancılık Ticaret A.S.” şirkətinin səhmləri $250 milyona ABŞ-ın “Goldman Sachs” bankına satılıb. Paralel olaraq, “SOCAR Turkiye Enerji” “Goldman Sachs” ilə həmin səhmlərin 7 ildən sonra geri almaq hüququna dair ayrıca saziş imzalayıb.

“Bu hüquqdan istifadə edərək “Goldman Sachs” “Petlim Limancılık Ticaret A.S” şirkətinin səhmlərinin 30%-ni “SOCAR Turkiye Enerji” şirkətinə satıb. Nəticədə, terminalın səhmlərinin 30%-i “SOCAR Turkiye Enerji” şirkətinə keçdi, 70%-i isə “Petkim”də qaldı”, – “Petkim”in məlumatında deyilir.

Xəbər verildiyi kimi, 2013-cü ilin fevral ayında “Petkim Petrokimya Holding”i və “APM Terminals” şirkəti arasında İzmirdə illik gücü 1,5 mln. TEU olan konteyner terminalının tikintisi və istismarı haqqında müqavilə bağlanıb. Niderland şirkəti 28 il ərzində terminalı idarə edəcək.

Layihənin ümumi dəyəri $400 mln. təşkil edib.

Layihənin həyata keçirilməsi üçün “APM Terminals” «APM Terminalleri Liman Isletmeciligi A.S.» şirkətini təsis edib.

“SOCAR Turkiye Enerji” 2018-ci ildə Hollandiyanın “APM Terminals” şirkətindən Türkiyədəki “APM Terminalleri Liman Isletmeciligi A.S.”in yeganə aktivini alıb. “Petlim” konteyner terminalı “SOCAR Terminal” adı altında fəaliyyət göstərir.

Terminal 2016-cı il dekabrın 6-da I faza çərçivəsində kommersiya fəaliyyətinə başlayıb və ilk gəmini qəbul edib. Birinci mərhələdə limanın illik gücü 800 min konteyner təşkil edib, ikinci mərhələdə bu rəqəm ildə 1,5 mln. konteynerə çatacaq. Gələcəkdə limanın gücü ildə 4 mln. konteynerə qədər artırıla bilər.

interfax.az