Ukrayna dəniz limanlarının reyestrinin aparılması qaydaları yenilənib

455

“Seanews.az” xəbər verir ki, Ukraynanın Nazirlər Kabineti bu ölkənin dəniz limanlarının reyestrinin aparılması qaydalarında dəyişiklik edib.

Sənəd prosedurun müddəalarını yeniləyir və dəniz limanı, dəniz terminalı, liman operatoru, maye yanacaq tədarükçüləri və limanın hidrotexniki qurğuları haqqında Dəniz Limanlarının Reyestrinə daxil edilən məlumatları müəyyənləşdirir.

İnformasiya toplayan, uçotunu aparan, reyestrdə dəyişikliklər edən, habelə onun texniki və texnoloji təminatını, orada olan məlumatların mühafizəsini təmin edən reyestr inzibatçısı “Ukrayna Dəniz Limanları Administrasiyası” müəyyən edilib.

Reyestr elektron formada Ukrayna və ingilis dillərində aparılır. Reyestr məlumatlarına giriş açıq və pulsuzdur. Reyestr haqqında məlumat reyestr inzibatçısının rəsmi internet saytında, habelə İnfrastruktur Nazirliyinin açıq məlumatlar portalında dərc olunur.