Liviya sahillərində 27 miqrantın meyiti tapılıb

342

Liviya sahillərində 27 miqrantın meyiti tapılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Liviya Qızıl Aypara Cəmiyyətinin Homsdakı bölməsi bəyanat yayıb.

Alus bölgəsindəki sahildə aşkarlanan qayıqda 3 nəfər sağ çıxarılıb. Xilas edilən miqrantlara tibbi yardım göstərilib.

Digər sağ qalanların axtarışları davam edir.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il dəniz yolu ilə Avropaya çatmağa çalışan 2 minə yaxın miqrant dünyasını dəyişib.