“Mexanik Yeroxin” tankerinin heyəti İon dənizində 380 nəfəri xilas edib

306

Dekabrın 25-dən 26-na keçən gecə Volqa Gəmiçiliyinin “Mexanik Yeroxin” tankeri Türkiyənin  Əliağa limanından yüklə Maltaya hərəkət edərkən İtaliya Dəniz Xilasetmə Koordinasiya Mərkəzindən İon dənizində batmaq təhlükəsi ilə üzləşən sərnişin qayığına yardım göstərmək tapşırığı alır. Tanker dərhal kursunu dəyişir və hadisə yerinə üz tutur.

“Seanews.az”-ın əldə etdiyi məlumata görə, rus dənizçiləri çevrilmiş sahil yelkənli qayıqda olanların hamısını – 386 nəfəri tankerin göyərtəsnə götürürlər.

Sonra Rusiya tankeri mühafizə gəmisinin müşayiəti ilə İtaliya sahillərinə   doğru irəliləyir. Xilas edilənləri Krotone limanı ərazisində düşürdükdən sonra “Mexanik Yeroxin” yarımçıq qalmış səfərini davam etdirir.