ABŞ-dan Avropaya LNG daşımaları artıb

284

ABŞ-dan Avropaya LNG daşıyan tankerlərin sayı ötən şənbə və bazar günləri ərzində 15-dən 20-dək artıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Avropa qaz bazarındakı qiymətlər bu ayın ortalarında görünməmiş həddə, yəni 2000 USD/1000 kubmetrədək yüksəlib. Bundan sonra ABŞ-dan LNG tədarükü gözləntiləri nəticəsində son 4 gün ərzində kəskin azalsa da, ötən ilin bu dövrünə nisbətən 10 dəfə çoxdur.