“Suraxanı” gəmi-muzeyində yelkənli qayıqlar sərgisi keçiriləcək

245

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  “Suraxanı” tanker-muzeyində 14-16 yanvar tarixlərində idmanın yelkənli qayıq növünə dair maraqlı sərgi təşkil ediləcək.

“Xəzər” Yelkənli Qayıqlar İdman klubunun məşqçiləri real qayıqlarla bu idman növü haqqında ziyarətçilərə ətraflı məlumat verəcəklər.

Ekskursiyanın sonunda isə qonaqlar arasında viktorina keçiriləcək. Sualları düzgün cavablandıranlar idman klubunun bir məşqinə ödənişsiz vəsiqə qazanacaqlar.

Qeyd edək ki, dünyanın ilk tanker muzeyi sayəlan “Suraxanı”  Dənizkənarı Milli Park ərazisində, Su idmanı sarayının yanında yerləşir. 

seanews.az