Norveçdə sərnişin gəmisi saya oturub

266

Norveçdə, Maloy şəhərinin Risoya adacığında “Ms Fridtjof Mansen” adlı sərnişin gəmisi saya oturub. 

“Seanews.az” xəbər verir ki, hadisə zamanı gəmidə 233 sərnişin, 165 heyət üzvü olub. 

Heyət üzvlərinin köməkliyi ilə gəmi xilas olub və səfərinə davam edərək Maloy limanına yan alıb.  

Qeyd edək ki, 2020-ci ildə inşa olunan “Ms Fridtjof Mansen” 528 nəfər daşımaq imkanına malikdir.