Antverpen və Zeebrugge limanları birləşdirilir

278

Belçikanın antiinhisar qurumu “BMA-ABC” Antverpen və Zeebrugge limanlarının birləşdirilməsi ilə bağlı razılığa gəlib.

“Seanews.az” xəbər verir ki, Antverpen liman administrasiyasının rəhbəri Annik de Ridder bildirib ki, ən geci aprelin sonundan limanlar birləşdirilmiş şəkildə fəaliyyət göstərəcək.

Belçikanın iki ən böyük limanının birləşdirilməsi on il əvvəl təklif edilmişdi. 2021-ci ilin fevralında isə bununla bağlı saziş imzalanmışdı.

İki yükaşırma müəssisəsinin birləşdirilməsi yolu ilə yaradılan liman Avropanın ən böyük  “RO-RO” limanına çevriləcək və konteynerlərin işlənməsinə  görə Rotterdamı üstələyəcək: 2020-ci ildə iki limanın tonnajla konteyner ötürmə qabiliyyəti Rotterdamdakı 151 milyon tona qarşı 157 milyon ton təşkil edib. Limanın Avropa qaz tranzitində payı isə 15%-dən az olmayaq.

Birləşdirilmiş limana Antverpen limanının baş direktoru Jak Vandermeyren rəhbərlik edəcək.