Hindistanda gəmidə partlayış olub, ölənlər var

210

Hindistanda Hərbi Dəniz Qüvvələrinə məxsus “Ranveer” esminesinin göyərtəsində partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Məlumata görə, insident Mumbaydakı dəniz gəmiqayırma zavodunda qeydə alınıb.

Hindistan Müdafiə Nazirliyi hadisə nəticəsində 3 hərbçinin həlak olduğunu açıqlayıb.

İstintaq hadisənin səbəblərini müəyyənləşdirir.